Bakı sakinləri sağlam həyat tərzini təbliğ ediblər - FOTO

Xəbərlər
22 Sentyabr 2025 11:30
44
Bakı sakinləri sağlam həyat tərzini təbliğ ediblər - FOTO

"Avropa Mobillik Həftəsi” çərçivəsində Bakı şəhərində 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilib.

İdman.biz xəbər verir ki, bu münasibətlə ayrılmış zonada Gənclər və İdman Nazirliyi tərəfindən "E-bike" avadanlığı quraşdırılıb.

Böyük maraq doğuran bu avadanlıq vasitəsilə vətəndaşlar pedal çevirərək enerji yaradıb və mobil telefonlarını doldurmaq imkanı qazanıblar.

Qeyd edək ki, gün ərzində 500 nəfərə yaxın iştirakçı "E-bike" qurğusundan istifadə edərək həm sağlam həyat tərzini təşviq edib, həm də alternativ enerji mənbələrinin üstünlüklərini praktiki şəkildə sınayıb.

İdman.biz