Leyla Əliyeva 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirlə bağlı paylaşım edib - FOTO

Xəbərlər
24 Dekabr 2025 10:12
95
Leyla Əliyeva 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirlə bağlı paylaşım edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbirlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

İdman.Biz xəbər verir ki, Leyla Əliyeva “Facebook” səhifəsində tədbirdən çəkilmiş fotoları izləyiciləri ilə bölüşüb.

Həmin paylaşımı təqdim edirik:

Qeyd edək ki, “Buta Palace”da təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayıb. Mükafatlandırma mərasimində İdman.Biz “İlin ən yaxşı media idman qurumu”, əməkdaşımız İslam Atakişiyev “İlin ən yaxşı idman fotoqrafı” nominasıyasında ikinci olub.

İdman.Biz