Azərbaycan İdman Veteranları İctimai Birliyi 2025-ci il üzrə yekun hesabat tədbiri keçirib

Xəbərlər
24 Dekabr 2025 22:12
49
Azərbaycan İdman Veteranları İctimai Birliyi 2025-ci il üzrə yekun hesabat tədbiri keçirib

Azərbaycan İdman Akademiyasının akt zalında Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.

İdman.Biz-in Milli Olimpiya Komitəsinə (MOK) istinadən verdiyi məlumata görə, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, qurumun baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahətdinova, İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkili Könül Nurullayeva, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, veteranlar Azərbaycan idmanının formalaşmasında və inkişafında mühüm rol oynayır, onların zəngin təcrübəsinin gənc nəslə ötürülməsi isə dövlətin idman siyasətinin əsas prioritetlərindəndir.

Qeyd olunub ki, Azərbaycan İdman Veteranları İctimai Birliyi son dövrdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib və qarşıdakı illərdə daha böyük layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Tədbirin sonunda il ərzində fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.

İdman.Biz