Padel tennis üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib - FOTO

Xəbərlər
26 Avqust 2025 19:06
57
Padel tennis üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib - FOTO

Azərbaycan Tennis və Padel Federasiyası tərəfindən təşkil olunan Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub.

İdman.biz xəbər verir ki, Sea Breezedə keçirilən yarışda həm kişi, həm qadın idmançılar mübarizə aparıb.

Kişilərin yarışında birinci yeri Yusif Rzayev və Tamerlan Əzizov, ikinci yeri Rəsul Qocayev və Oleq Zagorodnev , Orxan Manaflı və İlyas Həsənli cütü isə 3-cü yeri tutub.

Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Sofiya Sokolova birinci, Mehin Qocayeva və Fatimə İbrahimova ikinci ,Billur Quliyeva və Leyla Almisakova cütü üçüncü olub.

İdman.biz