“Variety” jurnalı Troublemaker Studios-un “Armadillo Yunayted” idman filmi üzərində işləməyə başladığını bildirib.
Layihədə məşhur aktyorlar Antonio Banderas və Denni Trexo rol alacaqlar.
Film, uydurma futbol komandasına rəhbərlik edən və Rio-de-Janeyroda keçiriləcək 2018-ci il FIFA Gənclər Dünya çempionatına səyahətə çıxan 12 yaşlı Dante adlı bir oğlandan bəhs edir.
Filmin rejissoru Alan Ceykobs (“Həyatla aşağı”) olacaq. Çəkilişlərə 2026-cı ilin mart ayında Texasda başlamaq planlaşdırılır. Bu, əvvəllər “Casus uşaqlar” trilogiyasında, eləcə də “Desperado” və “Maçete öldürür” filmlərində rol almış Banderas və Trexonun ilk əməkdaşlığı olacaq.
