Nigar Alfonso kubalı boksçu ilə tanışlıq hekayəsini danışıb

Xəbərlər
18 Yanvar 2026 20:35
54
Nigar Alfonso kubalı boksçu ilə tanışlıq hekayəsini danışıb

Azərbaycan Milli Olimpiya komandasının üzvü, kubalı boksçu Loren Alfonso Dominguezin həyat yoldaşı Nigar Alfonso onların tanışlıq hekayəsi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Nigar Alfonso tamamilə təsadüf nəticəsində tanış olduqlarını bildirib.

Onları birləşdirən ortaq tanış kubalı boksçu olub və o, həmin şəxsi uzun müddətdir tanıyıb. Günlərin birində anası ilə birlikdə ticarət mərkəzində olarkən bu dostla qarşılaşıblar. Daha sonra hamısı birlikdə restoranda əyləşiblər və Loren Alfonso Nigarı ilk dəfə məhz orada görüb.

Nigar Alfonso qeyd edib ki, sonradan Loren Alfonso ortaq tanışından onun haqqında soruşmağa başlayıb. Həmin dost isə Nigarı “ciddi qız” adlandırıb və münasibət üçün uyğun hesab etmədiyini desə də, bu fikir boksçunun ona olan marağına mane olmayıb. Onun sözlərinə görə, Loren Alfonso Nigarı ilk baxışdan bəyəndiyini gizlətməyib.

Açıqlamada bildirilir ki, mədəniyyət fərqlərinə baxmayaraq, Loren Alfonso münasibət üçün ciddi addımlar atıb və hisslərini sübut etmək üçün böyük səy göstərib. Hətta bu məqsədlə ingilis dilini “YouTube” vasitəsilə öyrənməyə başlayıb.

“Mən əvvəl qorxurdum, risk etmirdim. Xaricilərə ciddi baxmırdım. Amma o, sevgisini hər cür sübut etdi. Mən də onu ilk baxışdan bəyənmişdim. Bir müddət danışdıq, danışmadıq, amma sonra hər şey öz yoluna düşdü və çox gözəl ailə olduq”, - deyə Nigar xanım bildirib.

İdman.Biz