Dünya Köçəri Oyunlarının açılışı olacaq stadionda işlərin 80 faizi yekunlaşıb - VİDEO

Xəbərlər
17 Yanvar 2026 13:00
48
Dünya Köçəri Oyunlarının açılışı olacaq stadionda işlərin 80 faizi yekunlaşıb - VİDEO

Qırğızıstanın paytaxtı Bişkekdə inşa edilən və Orta Asiyanın ən böyük stadionunu olacaq arenada işlərin 80 faizi yekunlaşıb.

İdman.Biz xəbər verir ki, arenanın açılışı cari il yay ayında baş tutacaq.

Belə ki, 31 avqust məhz bu arenada Dünya Köçəri Oyunlarının açılış mərasimi keçiriləcək.

Məlumat üçün əlavə edək ki, Dünya Köçəri Oyunları köçəri sivilizasiyaların etnik idman növlərinin və mədəni irsinin qorunması, təbliği məqsədi daşıyan unikal beynəlxalq layihədir. Bu oyunların yaradılması ideyası 2012-ci ildə Qırğızıstan tərəfindən irəli sürülüb və Azərbaycan da daxil olmaqla türk ölkələri tərəfindən geniş dəstək alıb.

İdman.Biz