Bakıda ”At gücü”: Klassik avtomobillərlə başlayıb, çövkən yarışı ilə yekunlaşacaq - VİDEO

Xəbərlər
14 Avqust 2025 17:28
45
Bakıda ”At gücü”: Klassik avtomobillərlə başlayıb, çövkən yarışı ilə yekunlaşacaq - VİDEO

Avqustun 30-da Bakıda ”At gücü” - klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, üç hissədən ibarət olacaq tədbir saat 12:00-da Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi ilə başlayacaq.

Daha sonra saat 15:00-da buradan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Yürüşün ardınca saat 18:00-da Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də, milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.

Qeyd edək ki, tədbir çərçivəsində Minelli, Yusif Eyvazov, Afaq Abbasova və Vittorio Grigolo çıxış edəcəklər.

İdman.biz