Xüsusi olimpiya atletlərimiz beynəlxalq yarışa hazırlaşırlar

Xəbərlər
6 Avqust 2025 21:08
52
Xüsusi olimpiya atletlərimiz beynəlxalq yarışa hazırlaşırlar

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları Special Olympics Meeting Castellon 2025” beynəlxalq turnirində iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, bu il oktyabrın 16-da İspaniyanın Kastelon şəhərində keçiriləcək yarışda ölkəmizi 8 idmançı təmsil edəcək.

Təmsilçilərimiz atletika idman növündə qüvvələrini sınayacaqlar. Onlar yarışqabağı məşqlər edirlər.

Qeyd edək ki, turnirdə 400-dən çox idmançının iştirakı gözlənilir.

İdman.biz