Sumqayıtda uşaqlar futbol oynamaq üçün özləri stadion düzəltməyə başlayıblar - VİDEO

Xəbərlər
27 İyul 2025 23:22
30
Sumqayıtda uşaqlar futbol oynamaq üçün özləri stadion düzəltməyə başlayıblar - VİDEO

Sumqayıtda uşaqlar futbol oynamaq üçün özləri stadion düzəltməyə başlayıblar.

İdman.biz xəbər verir ki, Sumqayit24.az -a daxil olan məlumata görə, Kimyaçılar qəsəbəsində azyaşlı uşaqlar, gənclər, hətta valideynlər stadionun olmamasından narazıdılar.

Ona görə də əlacsızlıqdan özləri oyun meydançası düzəltməyi qərara alıblar.

Videogörüntülərdən də aydın olur ki, uşaqlar bu məsələdə çox istəklidirlər.

Belə ki, onlar zibillərdən, otluqlardan ibarət olan ərazini təmizləməklə yanaşı, gücləri çatan məbləğdə pul da toplayıblar.

Gənclər aidiyyəti qurumlardan ərazinin abadlaşdırılaraq, stadion tikilməsini xahiş ediblər.

İdman.biz

Məqalədə: