Olimpiya Festivalında bayrağımızı onlar daşıyacaqlar

Xəbərlər
26 İyul 2025 13:09
38
Olimpiya Festivalında bayrağımızı onlar daşıyacaqlar

Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimində bayraqdarları müəyyənləşib.

İdman.biz xəbər verir ki, Şimali Makedoniyanın keçirilən yarışda üçrəngli bayrağımızı atletika üzrə 110 metr məsafəyə maneələrlə qaçışda U-18 kateqoriyasında Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə 44 kq Skopye-2025-in qalibi Gülşən Hüseynova daşıyacaqlar.

Bağlanış mərasimi bu gün Skopyedə “Yan Sandanski” İdman Mərkəzində keçiriləcək.

İdman.biz