Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın (Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilə Əliyeva və Yelizaveta Luzan) qazandığı iki qızıl və bir gümüş medal siyahıda İspaniya, Fransa, Braziliya, Kanada, Avstraliya, Gürcüstan, Danimarka və digər bir çox ölkələri geridə qoymağa imkan verib.
Cüdo yarışlarının davam etdiyini nəzərə alsaq, bu gün komandamızın hesabındakı medal sayı arta bilər.
Qeyd edək ki, medal sıralamasında ABŞ (28 qızıl, 20 gümüş, 25 bürünc) liderlik edir. İkinci yerdə Çin (21-21-7) qərarlaşıb. Yaponiya (15-9-16) isə Cənubi Koreyanı (14-7-19) qabaqlayaraq üçüncü pilləyə yüksəlib.
İdman.biz