Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 21-27-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Üzgüçülük üzrə dünya çempionatı – 11 iyul-3 avqust (Sinqapur);
🔹 Bilyard üzrə “Sərbəst Piramida” beynəlxalq yarış – 15-21 iyul (Gürcüstan, Batumi);
🔹 Tələbələrin Dünya Universitet Oyunları – 16-27 iyul (Almaniya);
🔹 Qalaqapı qo üzrə Avropa çempionatı (67-ci Avropa qo konqresi) – 19 iyul - 2 avqust (Varşava, Polşa);
🔹 Yeniyetmələrin Avropa Olimpiya Festivalı – 20-26 iyul (Şimali Makedoniya, Skopye);
🔹 Qılıncoynatma (sablya və şpaqa) üzrə dünya çempionatı – 20-30 iyul (Gürcüstan, Tbilisi);
🔹 Kamandan oxatma üzrə Avropa Qran Prisi (2-ci mərhələ) – 21-27 iyul (Niderland, Arnhem);
🔹 Paralimpiya üzrə gənclər arasında Avropa Para-oyunları – 21-28 iyul (Türkiyə, İstanbul);
🔹 Kayak və kanoe üzrə gənclər (U23) arasında dünya çempionatı – 22-28 iyul (Portuqaliya, Montemor-o-Velo);
🔹 Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyi -22-30 iyul (İspaniya, Madrid);
🔹 Savat üzrə gənclərin Avropa çempionatı – 23-27 iyul (Özbəkistan, Daşkənd);
🔹 Badminton üzrə “Türkiye Junior International 2025” – 24-27 iyul (Türkiyə, İstanbul);
🔹 Cüdo üzrə gənc oğlanlar, qızlar, kişilər və qadınlar arasında Böyük Dəbilqə – 25-27 iyul (Monqolustan, Ulanbator);
🔹 Basketbol üzrə oğlanlar arasında “FİBA U18” Avropa çempionatı (Divizion B – 25 iyul-3 avqust (Rumıniya , Piteşti).
İdman.biz