Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.
İdman biz xəbər verir ki, Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak edəcək idmançılar və məşqçilər üçün antidopinq mövzusunda təlim aparılıb.
Ttəqdimat şəklində keçirilən seminar AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov tərəfindən baş tutub. Tədbirdə antidopinq qayda pozuntuları, dopinq təhlükələri və dopinq nəzarəti prosesi haqqında ətraflı məlumat verilib.
İdman.biz