"Messe Essen" - Azərbaycanlı idmançılar üçün Universiadada əsas bazalardan biri olacaq

Xəbərlər
16 İyul 2025 19:10
56
"Messe Essen" - Azərbaycanlı idmançılar üçün Universiadada əsas bazalardan biri olacaq

Almaniyanın Reyn-Rur regionunda keçiriləcək Universiadada Azərbaycan idmançıları üçün əsas bazalardan biri Essen şəhərində yerləşən "Messe Essen" sərgi kompleksi olacaq.

İdman.biz xəbər verir ki, bu məkanda cüdo, bədii gimnastika, tekvondo, qılıncoynatma və stolüstü tennis üzrə yarışlar keçiriləcək.

1913-cü ildə açılmış "Messe Essen" sərgi mərkəzi 1950-ci illərdə tamamilə yenidən qurulub. Son illərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən sonra ümumi sərgi sahəsi 110 min kvadratmetrə çatıb.

Qeyd edək ki, bu gün multi-forumun açılışı baş tutacaq.

İdman.biz

Məqalədə: