"İdman festivalı"nın 5-ci günü - FOTO

Xəbərlər
20 Noyabr 2023 15:41
204
"İdman festivalı"nın 5-ci günü - FOTO

Quba şəhərində keçirilən II "İdman festivalı"nın 5-ci günü maraqlı çıxışlarla yaddaqalan olub.

İdman.biz xəbər verir ki, proqrama əsasən, əvvəlcə idmançılar Quba Olimpiya İdman Kompleksində üzgüçülük üzrə nümunəvi çıxışlar ediblər.

Sonra Nizami parkında müxtəlif idman növləri üzrə atletlər məharətlərini göstəriblər.

Günün sonunda isə şəhərin mərkəzində növbəti konsert proqramı təşkil olunub. Konsertdə Orxan Zeynallı, Nigar Camal və DJ Darkın ifasında bir-birindən maraqlı musiqi nömrələri əhali tərəfindən böyük coşqu ilə qarşılanıb. Ardınca Quba Olimpiya İdman Kompleksində idmançılar üçün film nümayişi təşkil olunub.

İdman.biz