Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb - FOTO

Xəbərlər
27 İyun 2025 14:14
26
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb - FOTO

Azərbaycan Bilyard Federasiyasının yeni akademiyası fəaliyyətə başlayıb.

İdman.biz xəbər verir ki, Bilyard Akademiyası milli komandanın yüksək səviyyəli hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub.

Bu gün Akademiyada ilk mötəbər tədbir baş tutub. Xaricdən xüsusi dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə bilyard üzrə seminar keçirilib.

Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə dəyərli tövsiyələr verilib.

Qeyd edək ki, akademiyada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur. Mərkəz təkcə məşq və oyun sahəsi deyil, həm də gələcəyin çempionlarını yetişdirən, beynəlxalq yarışlara hazırlayan bir mərkəz kimi fəaliyyət göstərəcək.

İdman.biz