21 iyun – Beynəlxalq Yoqa Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında yoqa üzrə master-klas keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirdə iştirakçılara sağlam həyat tərzinin təbliği və düzgün nəfəs texnikaları barədə məlumat verilib.
Master-klas zamanı müxtəlif yoqa hərəkətləri nümayiş etdirilib, iştirakçılar aktiv şəkildə məşğələlərə cəlb olunublar.
Təlimçi Günel Hüseynzadə çıxışında yoqanın gündəlik həyatdakı faydaları və onun sağlamlığa faydaları haqda danışıb.
İdman.biz