Azərbaycan idmançılarının mübarizə aparacağı Dünya Oyunlarının medalları təqdim olunub - FOTO

Xəbərlər
20 İyun 2025 15:34
44
Azərbaycan idmançılarının mübarizə aparacağı Dünya Oyunlarının medalları təqdim olunub - FOTO

Çinin Çendu şəhərində keçiriləcək Dünya Oyunlarının Təşkilat Komitəsi medalları təqdim edib.

İdman.biz xəbər verir ki, onlar Çinin məşhur rəmzlərini əks etdirir: nəhəng panda, qızılı fındıqburunlu meymun və qızıl günəş quşu.

40 idman növünü əhatə edəcək tədbirdə Azərbaycan da daxil olmaqla 120 ölkədən 4000-dən çox idmançı iştirak edəcək.

İdmançılarımız gimnastikanın tamblinq (Mixail Malkin), akrobatika (Aqasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, Murad Rəfiyev və Daniel Abbasov kişi dueti, Riad Səfərov, Rəsul Seyidli, Abdullah əl-Məşaihi və Seymur Cəfərovdan ibarət kişi qrupu) və aerobika növlərində (Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüyü) qələbə uğrunda mübarizə aparacaqlar.

Bundan başqa, karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) və kikboksinq üzrə dünya çempionu Amin Quliyev (63,5 kq) də Dünya Oyunlarına vəsiqə qazanıblar.

Qeyd edək ki, Dünya Oyunları avqustun 7-17-də keçiriləcək.

İdman.biz

Məqalədə: