Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyənin Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında bıçaqlanıb.
Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev federasiya prezidentinin bıçaqlanmamışdan öncə özünün “WhatsApp” hesabındakı paylaşımında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham etməsi ilə bağlı İdman.biz-ə münasibət bildirib.
Nazirlik rəsmisi açıqlamasında Araz Musayevə tezliklə sağalmasını arzulayıb. O, müvafiq hüquq-mühafizə orqanları tərəfindən hadisəyə qısa müddətdə aydınlıq gətiriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Araz Musayev paylaşımında qeyd edib ki, Elnur Məmmədov muay tay idmançılarının qarşısını almaq istəyir və bunun üçün onun üzərinə bir qrup şəxs yollayıb.
İdman.biz