Əminə Əliyeva: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır"

Xəbərlər
20 May 2025 00:07
56
Əminə Əliyeva: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır"

"İki ildən sonra Olimpiya Oyunları olacaq. Orada yaxşı çıxış edəcəyimə ümid edirəm".

İdman.biz xəbər verir ki, bunu kunq-fu üzrə Azərbaycan millisinin tərkibində dünya çempionu olan Əminə Əliyeva deyib.

Gənc idmançının sözlərinə görə, İtaliyanın Peruca şəhərində keçirilən yarışda qızıl medal qazanmaq onun üçün elə də asan olmayıb.

Əminə Əliyeva növbəti hədəfini də açıqlayıb. O, Olimpiya çempionu olmaq istədiyini bildirib.

İdman.biz