Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib - FOTO

Xəbərlər
16 May 2025 20:42
59
Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib - FOTO

Mayın 16-da gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

İdman.biz xəbər verir ki, nazir kompleksdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, görülən işlərin icra vəziyyəti barədə məlumat alıb.

Fərid Qayıbov təmir işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq, müvafiq tövsiyə və tapşırıqlarını verib.

İdman.biz