Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Xəbərlər
15 May 2025 14:14
49
Bilyard üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

Sərbəst Piramida üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix məlum olub.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 17-19-da baş tutacaq.

AZPULMAT şirkətinin dəstəyi ilə reallaşacaq çempionatda ölkənin müxtəlif bölgələrindən idmançıları bir araya gələcək.

Qeyd edək ki, turnir bilyard idmanına marağın artırılması və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

İdman.biz