AMADA beynəlxalq reqata iştirakçıları üçün maarifləndirmə təbliğatı keçirib - FOTO

Xəbərlər
2 May 2025 15:52
273
AMADA beynəlxalq reqata iştirakçıları üçün maarifləndirmə təbliğatı keçirib - FOTO

AMADA Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku–2025” beynəlxalq reqatası iştirakçıları üçün təmiz idman dəyərlərini təbliğ edən növbəti antidopinq maarifləndirmə təbliğatını keçirib.

İdman.biz xəbər verir ki, tarixi ərazimiz olan Suqovuşanda qurulan AMADA-nın stendi idmanda dürüstlük, sağlam həyat tərzi və təmiz idman dəyərlərinin təşviqi üçün bir platformaya çevrilib.

AMADA-nın mütəxəssisləri idmançılarla birbaşa ünsiyyət quraraq onlara dopinqin yalnız idmanda deyil, ümumilikdə insan sağlamlığı və psixoloji durumu üzərində yaratdığı dağıdıcı təsirlər haqqında məlumat veriblər. Həmçinin iştirakçılar antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələr və narkomaniyanın fəsadları barədə geniş məlumatlandırılıblar. Bununla yanaşı, antidopinq siyasətinin əhəmiyyəti vurğulanıb, idmanda dürüstlük və etik dəyərlərin qorunmasının vacibliyi bir daha idmançıların diqqətinə çatdırılıb.

Maarifləndirmə proqramı çərçivəsində idmançılar üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib.

İdman.biz

Məqalədə: