Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb - İdman və Biz

İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb

Xəbərlər
22 Fevral 2025 16:15
242
İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb

Bu il keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb.

İdman.biz xəbər verir ki, yarış noyabrın 7-21-də keçiriləcək.

Oyunlar Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutacaq.

Qeyd edək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ildə təşkil edilib. 2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar baş tutmayıb. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü 2017-ci ildə Bakıda, beşinci isə 2021-ci ildə Türkiyənin Konya şəhərində təşkil olunub.

İdman.biz