İlin ən yaxşıları açıqlanıb - FOTO

Xəbərlər
9 Yanvar 2025 21:55
732
İlin ən yaxşıları açıqlanıb - FOTO

Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı yanvarın 9-da qala mərasimi təşkil edib.

İdman.biz xəbər verir ki, tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı olan tədbirdə idman ictimaiyyətinin bir sıra nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb. O, bu addımın idmançılara stimul verdiyini bildirib. Qayıbov 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.

Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

İdman.biz "İlin ən yaxşı media idman qurumu", əməkdaşımız İslam Atakişiyev "İlin ən yaxşı idman fotoqrafı" nominasıyasında üçüncü olub.

İlin Ədalətli oyun (Fair Play) mükafatçısı

1. Qaşım Maqomedov (taekvondo)
2. Leyla Abidinova (atletika)
3. Nərmin Şərifova (badminton)

İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi

1. "Ulduz" Futbol Akademiyası
2. ROEQİUG Velosepid Məktəbi
3. Masallı (UGİM)

İlin idman mövzusunda ən yaxşı videoçarxı

1. "Bir də gəlsəm" (Azərbaycan Cüdo Federasiyası)
2. "Doğru hədəfə yönəl" (ATV)
3. "Güləşçilərin musiqi testi" (Azərbaycan Güləş Federasiyası)

İlin ən yaxşı idman tədbiri

1. Formula 1 Azərbaycan Qran-prisi (Bakı)
2. Beynəlxalq Avarçəkmə Reqatası (Füzuli və Mingəçevir)
3. Cüdo üzrə "Böyük Dəbilqə" turniri (Bakı)

İlin ən yaxşı idman fotoqrafı

1. Zaur Mustafayev (Trend)
2. Nadejda Cavad
3. İslam Atakişiyev (İdman.Biz)

İlin ən yaxşı media idman qurumu

1. CBC Sport
2. AZƏRTAC
3. İdman.Biz

İlin ən yaxşı idman jurnalisti

1. Elmir Əliyev (Haqqın.Az)
2. Kənan Hakimov (İTV)
3. Nazilə Əhmədova (Real TV)

İlin ən yaxşı idman klubu

1. "Ocaqspor" İdman Klubu
2. "Neftçi" İdman Klubu
3. "Volan" Badminton klubu

İlin ən yaxşı idman qurğusu

1. Milli Gimnastika Arenası
2. Bakı Su İdman Sarayı
3. "Kür” Olimpiya İdman-Tədris Mərkəzi

İlin ən yaxşı Olimpiya idman kompleksi

1. Quba Olimpiya İdman Kompleksi
2. Goranboy Olimpiya İdman Kompleksi
3. Ağdaş Olimpiya İdman Kompleksi

İlin ən yaxşı idman tibb personalı

1. Aydin Ağaliyev (Azərbaycan Gimnastika Federasiyası)
2. Nigar Heydərova (Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu)
3. Ramil Vəliyev (Azərbaycan Cüdo Federasiyası)

İlin ən yaxşı hakimi

1. Emil Qurbanəliyev (boks)
2. Natalya Bulanova (gimnastika)
3. Asif Şirəliyev (güləş)

İlin uğurlu beynəlxalq fəaliyyəti

1. Azərbaycan Atçılıq Federasiyası
2. Azərbaycan Atıcılıq Federasiyası
3. Azərbaycan Ağırlıqqaldırma Federasiyası

İlin ən yaxşı idman federasiyası

1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası

İlin kişilərdən ibarət ən yaxşı klub komandası

1. "Qarabağ" futbol klubu
2. Çimərlik voleybolu üzrə "Azərreyl" komandası
3. "Birbaşa" minifutbol komandası

İlin qadınlardan ibarət ən yaxşı klub komandası

1. Çimərlik voleybolu üzrə "Azərreyl" komandası
2. 3х3 "Neftçi" basketbol komandası
3. "Qarabağ" həndbol komandası

İlin kişilərdən ibarət ən yaxşı milli komandası

1. Yunan-Roma güləşi üzrə milli komanda
2. Cüdo üzrə milli komanda
3. Sərbəst güləş üzrə milli komanda

İlin qadınlardan ibarət ən yaxşı milli komandası

1. Bədii gimnastika üzrə milli komanda
2. 3х3 basketbol üzrə milli
3. Güləş millisi

İlin ən yaxşı qeyri-olimpiya növləri üzrə məşqçisi

1. İradə Qurbanova (akrobatika gimnastikası)
2. Adil Hüseynzadə (tamblinq gimnastikası)
3. Eduard Məmmədov (kikboksinq)

İlin ən yaxşı qadın məşqçisi

1. Siyana Vasileva (bədii gimnastika)
2. Solmaz Adilova (qadın güləşi)
3. Larisa Axundova (kayak və kanoe)

İlin ən yaxşı kişi məşqçisi

1. Riçard Trautman (cüdo)
2. Məmməd Abdullayev (taekvondo)
3. Qurban Qurbanov ("Qarabağ")

İlin ən yaxşı qeyri-olimpiya növləri üzrə idmançısı

1. Ağasif Rəhimov-Raziyə Seyidli (akrobatika gimnastikası)
2. Ülviyyə Fətəliyeva (şahmat)
3. Əliqismət Həsənov (karate)

İlin ən yaxşı qadın paralimpiyaçısı

1. Lamiyə Vəliyeva (paraatletika)
2. Dursədəf Kərimova (paracüdo)
3. Könül Süleymanova (paraüzgüçü)

İlin ən yaxşı kişi paralimpiyaçısı

1. İmaməddin Xəlilov (parataekvondo)
2. Səid Nəcəfzadə (paraatletika)
3. İlham Zəkiyev (paracüdo)

İlin ən yaxşı qadın idmançısı

1. Yaylagül Ramazanova (kamandan oxatma)
2. Anna Skidan (atletika)
3. Mariya Stadnik (güləş)

İlin ən yaxşı kişi idmançısı

1. Hidayət Heydərov (cüdo)
2. Zelim Kotsoyev (cüdo)
3. Qaşım Maqomedov (taekvondo)

--------

12:07
Bu gün Azərbaycan idmanında 2024-cü ilin yekunlarına həsr olunan tədbir keçiriləcək.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) təşkil edəcəyi mərasim "Buta Palace"da baş tutacaq.

Tədbir saat 19:00-da başlayacaq. Mərasimdə müxtəlif nominasiyalar üzrə ilin ən yaxşıları açıqlanacaq. Qaliblər müvafiq mükafatlarla təltif olunacaqlar.

Qeyd edək ki, öncədən ötən il dekabrın 26-na planlaşdırılan tədbir "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin Aktauda qəzaya uğraması üzündən təxirə salınmışdı.

İdman.biz