Fərid Qayıbov COP9 Büro İclasında - FOTO

Xəbərlər
11 Dekabr 2024 10:22
141
Fərid Qayıbov COP9 Büro İclasında - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Estoniyaya səfər edib.

İdman.biz xəbər verir ki, səfər çərçivəsində nazir Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən COP9 Büro İclasında iştirak edib.

Konfransda dopinqə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, effektiv strategiyaların tətbiqi və ölkələr arasında təcrübə mübadiləsinin təşviqi kimi mühüm məsələlər müzakirə edilib.

İdman.biz

Məqalədə: