2025-ci ilin ən yaxşı idman fotoları açıqlandı - FOTO

Xəbərlər
16 Yanvar 2026 11:36
57
2025-ci ilin ən yaxşı idman fotoları açıqlandı - FOTO

2025-ci ilin ən yaxşı idman fotoları müəyyənləşdirilib. Nüfuzlu “World Sports Photography Awards” mükafatı müxtəlif idman növləri üzrə çəkilmiş ən təsirli kadrları dəyərləndirərək qalibləri açıqlayıb.

İdman.Biz xəbər verir ki, müsabiqənin əsas mükafatı Qran-pri tennisçi Karlos Alkarazın yer aldığı fotoşəkilə verilib.

Münsiflər heyəti həmin kadrın emosional təsiri, dinamizmi və idmanın ruhunu dolğun şəkildə əks etdirdiyini vurğulayıb.

Qeyd edək ki, “World Sports Photography Awards” hər il idman fotoqrafiyası sahəsində ən yüksək səviyyəli işləri seçərək bu sahədə çalışan peşəkarları mükafatlandırır.

İdman.Biz