Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Xəbərlər
1 Dekabr 2024 11:46
177
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, dekabr üçün müəyyənləşən siyahının ilk “üçlüy”ündə dəyişiklik olub.

Cədvələ bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) başçılıq edir. Ötən ay lider olan Olimpiya çempionu olan cüdoçu Hidayət Heydərov ikinci pilləyə geriləyib. Onun aktivində 450 xal var.

"Üçlüy"ü digər Olimpiya çempionu, cüdoçu Zelim Kotsoyev qapayır – 350 xal.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdman.biz