Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasında (AJDNMA) 2026-cı il üzrə idman növləri üzrə lisenziyalaşdırma prosesinə rəsmi olaraq başlanılıb.
İdman.Biz xəbər verir ki, ciu-citsu idman növü üzrə JGBJJ İdman Klubuna müvafiq lisenziya təqdim olunub.
Lisenziya klubun direktoru Pərviz Musayev tərəfindən qəbul edilib.
Assosiasiya tərəfindən bildirilib ki, idman növləri üzrə lisenziyalaşdırma prosesi ilə bağlı məlumatlar mərhələli şəkildə ictimaiyyətə açıqlanacaq.
