Təmsilçimiz Moskvada pley-offda uduzub - FOTO

Xəbərlər
18 Avqust 2024 14:17
1 086
Təmsilçimiz Moskvada pley-offda uduzub - FOTO

Rusiyanın paytaxtı Moskvada "Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları"nda minifutbol yarışı start götürüb.

İdman.biz xəbər verir ki, Ədliyyə Nazirliyinin (Azərbaycan) komandası pley-offda mübarizəni dayandırıb.

E qrupunda yer təmsilçimi Rusiya Federasiyasının "Sinergiya" (2:0), "Mişn Fuds Stupino" (1:0) və "VEB.RF" (1:0) komandalarına qalib gəlib. "NPP İstok" (Rusiya Federasiyası) ilə oyunda isə hesab açılmayıb.

Ədliyyə Nazirliyinin minifutbolçuları 1/8 finalda Rusiya təmsilçisi "Respirator" ilə qarşılaşıb. Pley-off görüşü rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz