Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyunun 23-29-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 MMA üzrə dünya çempionatı – 14-23 iyun (Braziliya, San-Paolo);
🔹 Yelkənin “Ilca 4” sinfi üzrə hazırlıq düşərgəsi və "Youth Europeans and Open European Trophy" – 15-25 iyun (Polşa, Puck);
🔹 Parapauerliftinq üzrə Dünya Kuboku – 22-25 iyun (Çin, Pekin);
🔹 Boccia üzrə beynəlxalq turnir – 23 iyun - 1 iyul (Polşa, Poznan);
🔹 Atletika üzrə komandalararası Avropa çempionatı (3-cü liqa) – 24-25 iyun (Sloveniya, Maribor);
🔹 Yelkənin optimist sinfi üzrə hazırlıq düşərgəsi və dünya çempionatı – 24 iyun - 6 iyul (Sloveniya, Portoroz);
🔹 Sərbəst, yunan-Roma və qadın güləşi üzrə U15 Avropa çempionatı – 25-28 iyun (İtaliya, Kaorle);
🔹 Akademik avarçəkmə üzrə Dünya Kuboku (II mərhələ) – 25-30 iyun (İsveçrə, Lütsern);
🔹 Üzgüçülük üzrə U23 “Swimming Championship” – 26-28 iyun (Slovakiya, Samorin);
🔹 Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatı - 26-29 iyun (Makedoniya, Skopye);
🔹 Sərbəst güləş üzrə böyüklər arasında "Yaşar Doğu" beynəlxalq turniri - 26-29 iyun (Türkiyə, İstanbul);
🔹 Parastolüstü tennis üzrə “World Para Future” – 26-29 iyun (Tayvan, Taipei);
🔹 Sərbəst güləş üzrə böyüklər arasında beynəlxalq turnir – 26-30 iyun (Rusiya, Kaspiysk);
🔹 Akrobatika gimnastikası üzrə Dünya Kuboku – 27-29 iyun (Polşa, Jeşuv);
🔹 Stend atıcılığı üzrə U-18 Avropa çempionatı – 27 iyun-3 iyul (Yunanıstan, Afina);
🔹 Batut gimnastikası üzrə beynəlxalq turnir – 28-29 iyun (Qazaxıstan, Pavlodar);
🔹 Triatlon üzrə bütün kateqoriyalar arasında Qırğızıstan çempionatı – 29 iyun (Qırğızıstan, Balıqçı).
İdman.biz