Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyunun 23-29-da müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş stolüstü tennis üzrə 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi - 29-30 iyun, saat 10:00 (Sumqayıt şəhər, "Qarabağ” NN stolüstü tennis bazası).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində kikboksinq üzrə kütləvi idman tədbiri - 24 iyun, saat 18:00 (İsmayıllı şəhər, Zərifə Əliyeva Adına İstirahət Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 25 iyun, saat 10:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş gənclər arasında güllə atıcılığı üzrə İsmayıllı rayon turniri – 25 iyun, saat 11:00 (İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə stolüstü tennis üzrə yeniyetmələr arasında Qobustan rayon turniri – 25 iyun, saat 14:00 (Qobustan İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə məşqçi - müəllim Vahid Dəmirovun rəhbərliyi altında cüdo idman növü üzrə ustad dərsi – 27 iyun, saat 16:00 (Şamaxı şəhər, Cüdo idman zalı).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr edilmiş boks üzrə Naftalan şəhər UGİM-in daxili birinciliyi - 23-25 iyun, saat 15:00 (Naftalan şəhəri İ.Həsənzadə küçəsi);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şəhər, qəsəbə və kənd komandaları arasında futbol üzrə Goranboy rayon çempionatı - 23-29 iyun, saat 18:00 (Goranboy rayon, şəhər, qəsəbə və kənd stadionları);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş savat üzrə açıq turnir - 24 iyun, saat 9:00 (Göygöl rayonu, İrəvan İdman Klubu);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş UGİM-in bölmələri arasında atletika üzrə Goranboy rayon turniri - 25 iyun, saat 10:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş minifutbol üzrə yoldaşlıq oyunu - 25 iyun, saat 11:00 (Yeni Gəncə qəsəbəsi, minifutbol meydançası);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr edilmiş atıcılıq üzrə turnir - 25 iyun, saat 15:00 (Naftalan Şəhər stadionu).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə kikboksinq üzrə rayon turniri - 23 iyun, saat 14:00 (Füzuli rayonu, Horadiz şəhəri);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında güllə atıcılığı üzrə şəxsi birincilik - 24 iyun, saat 14:00 (Goranboy rayon, Aşağı Ağcakənd qəsəbəsi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə gənclər arasında güllə atıcılığı üzrə rayon turniri - 25 iyun, saat 10:00 (Bakı şəhəri, Yasamal rayonu, Şuşa Humanitar Kolleci);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə 2009-2011, 2012-2014 və 2013-2015-ci il təvəllüdlü oğlanlar arasında sambo üzrə Bərdə rayon turniri - 26 iyun, saat 10:00 (Bərdə rayon “Ziya” İdman Klubu).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə 2012-2014-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında açıq rayon turniri - 23 iyun, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri - 24 iyun, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri - 24 iyun, saat 10:00 (Ağstafa Gənclər Evi);
- Sərbəst güləş üzrə 2012-2013-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında Qazax rayon açıq turniri - 25 iyun, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr onunmuş güllə atıcılığı üzrə rayon turniri - 25 iyun, saat 11:00 (Tovuz Regional ASAN xidmət mərkəzi);
- 16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə rayon turniri - 30 iyun, saat 10:00 (Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta məktəb).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş 2007-2008 və 2009-cu il təvəllüdlü yeniyetmələr arasında güllə atıcılığı üzrə Şabran rayon birinciliyi - 24 iyun, saat 11:00 (Şabran şəhəri Heydər Əliyev Parkı);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş sərbəst güləş üzrə Xaçmaz rayon birincliyi - 25 iyun, saat 10:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş badminton üzrə Qusar rayon birinciliyi - 26 iyun, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi açıq idman tədbiri - 23 iyun, saat 10:00 (Lənkəran şəhər Heydər Əliyev adına Xatirə Parkı, Lənkəran Gənclər Evi);
- Beynəlxalq Olimpiya Gününə həsr olunmuş kütləvi idman tədbiri - 23 iyun, saat 10:00 (Astara Olimpiya İdman Kompleksi);
- Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi idman tədbiri - 23 iyun, saat 10:00 (Lerik şəhər, Heydər Əliyev meydanı);
- Beynəlxalq Olimpiya Gününə həsr olunmuş kütləvi açıq idman tədbiri - 23 iyun, saat 10:00 (Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkı);
- Beynəlxalq Olimpiya Gününə həsr olunmuş kütləvi açıq idman tədbiri - 23 iyun, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- Beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi müəllim Əhməd Fərəcovun xatirəsinə həsr olunmuş boks üzrə rayon turniri - 23-24 iyun, saat 10:00 (Cəlilabad şəhər Boks zalı);
- Beynəlxalq Olimpiya Gününə həsr olunmuş kadetlər, yeniyetmə və gənclər arasında boks üzrə Masallı rayon açıq turniri - 23-25 iyun, saat 11:00 (Masallı Regional Boks Mərkəzi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr olunmuş minifutbol üzrə Astara rayon turniri - 24-28 iyun, saat 18:00 (Astara Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş həvəskarlar arasında güllə atıcılığı üzrə açıq Lənkəran-Astara region turniri - 26 iyun, saat 10:00 (Lənkəran şəhər Dosaland Əyləncə Mərkəzi);
- Karate idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında Lənkəran açıq kuboku - 26 iyun, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Üzgüçülük üzrə rayon turniri - 23 iyun, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü münasibətilə minifutbol üzrə rayon turniri - 24 iyun, saat 9:00 (Zərdab rayonu, 3 saylı tam orta məktəb).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününə həsr olunmuş şahmat turniri - 23-25 iyun, saat 15:00 (İmişli Şahmat məktəbi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin xatirəsinə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 2-28 iyun, saat 19:00 (Zaqatala rayon Tala Qala İstirahət Mərkəzi);
- Şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Uşaq-Gənclər İdman Məktəbinin daxili birinciliyi - 22-23 iyun, saat 10:00 (Qax rayon Şotavar kənd sərbəst güləş zalı).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Gənclər arasında atletika idman növü üzrə rayon birinciliyi - 24 iyun, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar sərbəst güləş üzrə 2009-2013-cü il təvəllüdlü idmançılar arasında rayon turniri - 24-25 iyun, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş üzgüçülük üzrə rayon turniri - 24 iyun, saat 14:30 (Salyan Olimpiya İdman Kompleksi).
İdman.biz