Dünya çempionatında Azərbaycan birinci olub – 25 medalla

Xəbərlər
30 May 2024 14:14
810
Dünya çempionatında Azərbaycan birinci olub – 25 medalla

İtaliyanin Peruca şəhərində kunq-fu üzrə dünya çempionatı və birinciliyi başa çatıb.

İdman.biz xəbər verir ki, kadetlər, yeniyetmələr, gənclər, böyüklər, veteranlar arasında keçirilən mundial Azərbaycan millisi üçün uğurlu alınıb.

İdmançılarımız kunq-funun sanda versiyası üzrə 8 qızıl, light sanda versiyası üzrə isə 3 qızıl, 2 gümüş medal qazanıblar.

Veteranlar arasında 2 qızıl (light sanda), kadet və yeniyetmələr arasında 7 qızıl, 3 gümüş medala (light sanda) sahib olublar. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.

İdman.biz

Məqalədə: