"Dübəndi gecə qaçışı" təşkil edilib - FOTO

Xəbərlər
17 Sentyabr 2023 16:18
182
"Dübəndi gecə qaçışı" təşkil edilib - FOTO

Sentyabrın 16-da Xəzər rayonu, Dübəndi sahili, "Qoltuq" çimərliyində "Dübəndi gecə qaçışı" təşkil edilib.

İdman.biz xəbər verir ki, yarış iştirakçıları dəniz sahili, torpaq yol və dayaz qumlu yerlərdə 7 km məsafəyə qaçıblar.

Sonda qaliblər müəyyənləşib və medallarla təltif olunublar.

Qaçışda gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da iştirak ediblər.

Qaçışın təşkilində məqsəd kütləvi qaçışlara hazırlaşmaq, əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

İdman.biz