Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib

Xəbərlər
12 Aprel 2024 21:55
83
Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilib

Gəncə şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilib.

İdman.biz xəbər verir ki, bu barədə MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında qərar qəbul olunub.

Toplantının bəyanatında 2025-ci ildə Gəncə və 2026-cı ildə isə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan edildiyi bildirilib.

Gəncə 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək. İclasda iştirak edək Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxışında ölkəmizin beynəlxalq turnirə yüksək səviyyədə hazırlaşdığını qeyd edib.

İdman.biz