AMADA-nın əməkdaşları TDMK-də olublar

Xəbərlər
11 Fevral 2024 14:47
159
AMADA-nın əməkdaşları TDMK-də olublar

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Test şöbəsinin əməkdaşları Türkiyə səfəri davam edir.
İdman.biz xəbər verir ki, azərbaycanlı mütəxəssislər Türkiyə Dopinqlə Mübarizə Komissiyasında (TDMK) olublar.

TDMK-nın baş direktorunun müavini Mehmet Yoğurtcuoğlu qonaqları salamlayaraq, Türkiyənin həyata keçirdiyi antidopinq siyasəti barədə məlumat verib, ölkələrimiz arasında bu sahədə birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb.

Sonra qonaqlara dopinq nəzarəti prosesinin vaxtı və nəticələrin dəyərləndirilməsi barədə məlumat verilib.

TDMK-nın müxtəlif şöbələrinin iş prinsipləri ilə maraqla qonaqlarla test planlaması haqqında fikir mübadiləsi aparılıb, gələcək planlar barədə müzakirlər olub.

İdman.biz

Məqalədə: