41 yaşlı polşalı ekstremal idmanç Damian Kasprzyk buzlu suyun altında qalma müddətinə görə yeni dünya rekordu müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, o, buzlu suyun altında 1 saat 29 saniyə qalaraq bu nəticəni “Ginnesin Rekordlar Kitabı”na saldırıb. Bu, ekstremal idmançının üçüncü dünya rekordudur.
Kasprzyk daha əvvəl yalnız üzgüçülük geyimində buzlu kamerada 5 saatdan çox dayanıb. O, 2026-cı ilin iyulunda isə tamamilə qarın altında basdırılmış vəziyyətdə 2 saatdan çox qalıb.
İdmançı bildirib ki, son sınaq əvvəlkilərlə müqayisədə daha çətin olub. Baş nahiyəsindən istilik itkisi və start zamanı yaranan texniki nasazlıq səbəbindən onun komanda ilə əlaqəsi kəsilib. Buna baxmayaraq, Kasprzyk nəticəsindən razı qaldığını və insan dözümlülüyünün sərhədlərini yoxlamaq üçün yeni sınağa hazırlaşdığını deyib.
Qeyd edək ki, bu növdə qadınlar arasında dünya rekordu da polşalı idmançıya məxsusdur. Maria Bodai 19 dekabr 2025-ci ildə 1 saat 38 saniyə nəticə ilə rekord müəyyənləşdirib.
