Azərbaycan idmançılarının 2026-cı il 1 fevral tarixinə olan reytinq cədvəli müəyyənləşib. Siyahıya müxtəlif idman növlərində uğurlu çıxışları ilə fərqlənən atletlər daxil edilib.
İdman.Biz xəbər verir ki, reytinqə yunan-Roma güləşi üzrə çıxış edən Həsrət Cəfərov 480 xalla liderlik edir. İkinci pillədə sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla qərarlaşıb. İlk üçlüyü isə cüdoçu Zelim Kotsoyev 430 xalla tamamlayır.
Dördüncü sırada yunan-Roma güləşçisi Ülvü Qənizadə 400 xalla yer alıb. Beşinci pillədə 370 xalla cüdoçu Elcan Hacıyev qərarlaşıb. Sərbəst güləşçilər Osman Nurmaqomedov və Arseniy Djioyev hərəyə 340 xalla növbəti yerləri bölüşürlər.
Səkkizinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Doqquzuncu sırada isə eyni xalla yunan-Roma güləşçisi Murad Əhmədiyev yer alıb.
Reytinq cədvəlinin ilk onluğunu 320 xalla yunan-Roma güləşi üzrə Olimpiya çempionu Eldəniz Əzizli tamamlayır.
