“Netflix” Linekerin podkastına milyonlar ödəyəcək

Xəbərlər
16 Dekabr 2025 15:31
66
“Netflix” Linekerin podkastına milyonlar ödəyəcək

İngiltərə millisinin keçmiş hücumçusu və tanınmış teleaparıcı Qari Linekerin podkast layihəsi 2026 Dünya Çempionatı ərəfəsində böyük maliyyə razılaşması əldə edib. “Netflix” platforması Linekerin həmtəsisçisi olduğu “Goalhanger” şirkəti ilə əməkdaşlığa başlayıb.

İdman.Biz “The Times” nəşrinə istinadla xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin ümumi dəyəri 14 milyon funt-sterlinqdən (təxminən 30 milyon AZN) artıqdır. Razılaşma çərçivəsində “The Rest Is Football” adlı məşhur podkast dünya çempionatı boyunca mütəmadi olaraq yayımlanacaq.

Layihədə Qari Linekerlə yanaşı, İngiltərə futbolunun digər tanınmış simaları - Alan Şirer və Mayka Riçards da iştirak edəcək. Bildirilir ki, əldə olunan vəsait təkcə aparıcıların qonorarlarını deyil, eyni zamanda verilişə dəvət olunan qonaqlara edilən ödənişləri də əhatə edəcək.

Xatırladaq ki, Qari Lineker BBC-də çalışdığı dövrdə illik təxminən 1,35 milyon funt-sterlinq (təxminən 2,9 milyon AZN) gəlir əldə edirdi.

İdman.Biz