71 futbolçunun cəzası qüvvədə saxlanıldı

Xəbərlər
7 Dekabr 2025 16:10
61
71 futbolçunun cəzası qüvvədə saxlanıldı

Türkiyə Futbol Federasiyası (TFF) mərc istintaqı ilə bağlı 45 gün ilə 12 ay arasında hüquqlardan məhrumetmə cəzası alan 71 futbolçunun etirazlarını rədd edib.

İdman.Biz xəbər verir ki, TFF-nin rəsmi açıqlamasına əsasən, klasman köməkçi hakimi Necmi Akıncıya verilmiş 12 aylıq hüquqlardan məhrumetmə qərarını da qüvvədə saxlanılıb.

Eyni zamanda, Peşəkar Futbol İntizam Komitəsi tərəfindən “Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürkə verilmiş 15 günlük hüquqlardan məhrumetmə cəzası 10 günə endirilib. Onun “Fənərbağça” ilə oyundan sonra mediaya verdiyi açıqlamalarda futbolun və qurumların nüfuzuna xələl gətirən ifadələrə görə tətbiq olunan 2 milyon lirəlik cərimə (təxminən 102 000 AZN) də 1 milyon 333 min lirəyə (təxminən 68 000 AZN) salınıb.

Qurum “Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaşa rəqib komanda üzvlərinə qarşı təhqirə görə verilmiş 3 oyunluq diskvalifikasiya və 120 min lirə (təxminən 6 100 AZN) məbləğində cərimə qərarını da təsdiqləyib.

Bundan əlavə, müxtəlif səbəblərlə “Fənərbağça”ya verilmiş ümumilikdə 3 milyon 660 min lirə (təxminən 187 000 AZN) məbləğində cərimə və növbəti ev sahibi olduğu oyun üçün qismən tribunaların bağlanması cəzası, eləcə də “Qalatasaray”ın növbəti ev oyunu üçün qismən tribunaların bağlanması qərarı qüvvədə saxlanılıb.

Digər tərəfdən, azarkeşlərinin səbəb olduğu çirkin və pis davranışlar, eləcə də stadiondakı hadisələrə görə “Göztepe” klubuna verilmiş 920 min lirə (təxminən 47 000 AZN) məbləğində cərimə və növbəti ev oyunu üçün qismən tribunaların bağlanması cəzası da təsdiqlənib.

İdman.Biz