Fərid Qayıbov AQEM-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Xəbərlər
12 Noyabr 2025 14:26
36
Fərid Qayıbov AQEM-in baş katibi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

Noyabrın 12-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının səkkizinci iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-in baş katibi Kayrat Sarıbay və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər, eləcə də Azərbaycan ilə AQEM arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

İdman.Biz