Fərid Qayıbov beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüşüb - FOTO

Xəbərlər
4 Noyabr 2025 10:37
55
Fərid Qayıbov beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüşüb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

İdman.Biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bildirilib ki, ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir çıxışında qeyd edib ki, oktyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 17 ölkədə səsləndirilib. Bu ay ərzində idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Qeyd edək ki, sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

İdman.Biz

Məqalədə: