Noyabrın 2-dən 30-dək Azərbaycan Bilyard Akademiyasında “Akademiya Kuboku 2025” turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, turnir Azərbaycan Bilyard Federasiyası (ABF) və Azərbaycan Bilyard Akademiyasının (ABA) birgə təşkilatçılığı ilə baş tutacaq.
İştirakçılar “snooker” bilyard növü üzrə mübarizə apararaq, bacarıq və dəqiqliklərini nümayiş etdirəcəklər.
Yarış Azərbaycan Bilyard Akademiyasında - Heydər Əliyev adına İdman-Konsert Kompleksinin beşinci sektorunda, ikinci mərtəbədə keçiriləcək. Qeydiyyat üçün 055 405 30 44 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
