İspaniyada “Qarabağ”la bağlı TƏXRİBAT: Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA - YENİLƏNİB + FOTO

Xəbərlər
21 Oktyabr 2025 17:48
112
İspaniyada “Qarabağ”la bağlı TƏXRİBAT: Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA - YENİLƏNİB + FOTO

“Qarabağ” - “Atletik” matçı öncəsi Bilbao şəhərində Azərbaycan çempionuna aid təxribat xarakterli müxtəlif yazılar və simvollarla bağlı xəbər vermişdik.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı İdman.Biz-ə açıqlama verib.

Onun sözlərinə görə, bununla bağlı dərhal “Atletik Bilbao” klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarını məlumatlandırıblar: “Qarabağ” Futbol Klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil etməyə davam edəcək”.

16:15

Sabah “Qarabağ” UEFA Çempionlar Liqasının III turunda səfərdə İspaniya təmsilçisi “Atletik”lə qarşılaşacaq.

İdman.Biz Komanda.az-a istinadla xəbər verir ki, matçdan əvvəl Bilbao şəhərində “Qarabağ”la bağlı təxribat xarakterli müxtəlif yazılar və simvollar diqqət çəkib.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” oyunu oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz