Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə ölkə xaricində beynəlxalq elmi konqresin rəsmi həmtəşkilatçısı olub.
İdman.biz xəbər verir ki, Sloveniyanın Portoroz şəhərində keçirilən I Beynəlxalq “Human in Motion” Konqresi fiziki aktivlik, sağlamlıq və yaşlanma mövzularına həsr olunub.
ASA-nı Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri Könül Məmmədova, psixoloqlar Aynur Bünyatova və Arzu Süleymanova təmsil edib.
Tədbirdə “17–24 yaşlı tələbələrdə psixoaktiv maddələrdən istifadənin riskləri”, “Uzunmüddətli fiziki aktivlikdə psixoloji müdaxilələr” və “Biomechanical Solutions for Space and Earth” mövzuları müzakirə olunub.
Ülkər Babayeva beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin, xüsusilə sağlamlıq və idman sahəsində yeni yanaşmaların əhəmiyyətini vurğulayıb.