Fərid Qayıbov Kürdəmir, Zərdab və Ucar rayon sakinlərini qəbul edib - FOTO

Xəbərlər
1 Oktyabr 2025 14:28
28
Fərid Qayıbov Kürdəmir, Zərdab və Ucar rayon sakinlərini qəbul edib - FOTO

Oktyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov Kürdəmir, Zərdab və Ucar rayon sakinlərini qəbul edib.

İdman.biz xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovla birlikdə Ucar şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Ucar Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda okyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

İdman.biz