CAS prezidenti xərçənglə mübarizəyə görə vəzifəsindən istefa verib

Xəbərlər
30 Sentyabr 2025 01:10
36
CAS prezidenti xərçənglə mübarizəyə görə vəzifəsindən istefa verib

İdman Arbitraj Məhkəməsinin (CAS) sədri Con Kouts xərçəngə qarşı müalicəsi davam etdiyinə görə istefa verib.

İdman.biz bildirir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

“Cənab Kouts bildirib ki, xərçəng xəstəliyinə qarşı altı aylıq kimyaterapiya kursunu başa vurduqdan sonra səhhəti onun beynəlxalq səyahətlərə çıxmasına mane olur. O, indi onun təşkilatı tərk etməsi üçün ən uyğun vaxt olduğunu vurğulayır və həmkarlarına və CAS məhkəmə kanselyariyasının əməkdaşlarına təşəkkür edir”, - CAS-ın rəsmi saytı Koutsdan sitat gətirir.

CAS-ın prezidenti vəzifəsini icra etmək Maykl Lenarda tapşırılıb. CAS-ın yeni prezidentinin rəsmi seçkiləri ilkin olaraq 2027-ci ilin may ayına təyin edilib.

Kouts 2010-cu ildən CAS-ın prezidenti vəzifəsində çalışırdı.

İdman.biz