Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci yerdədir

Xəbərlər
29 Sentyabr 2025 23:58
29
Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci yerdədir

Ölkəmizdə keçirilən III MDB Oyunlarında Azərbaycan komandası medal sıralamasında ikinci yeri tutur.

Bu barədə İdman.biz Report-a istinadən xəbər verir.

Hazırda Azərbaycan idmançıları beş qızıl, on yeddi gümüş və 16 bürünc medal qazanıblar. 34 qızıl, 8 gümüş və 7 bürünc medalla Rusiya liderlik edir.

Belarus dörd qızıl, 13 gümüş və 15 bürünc medalla üçüncüdür.

Bu günə kimi yeddi ölkənin idmançıları medal qazanıblar.

III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman.biz