Tomas Bax İBA ilə bağlı nöqtəni qoyub

Xəbərlər
11 Oktyabr 2023 19:27
194
Tomas Bax İBA ilə bağlı nöqtəni qoyub

Beynəlxalq Boks Assosiasiyası (İBA) Olimpiya Hərəkatının üzvlüyünə qaytarılmayacaq.

İdman.biz saytı xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax açıqlama verib.

“Olimpiya proqramında İBA-nın bayrağı altında boksa yer olmayacaq və nöqtə. Biz tələblərimizin yerinə yetirmək üçün quruma dörd il vaxt verdik. Amma onlar tələbləri yerinə yetirmədilər. İBA vəziyyətin yaxşı olması uçun ümid vermədi”, - deyə Tomas Bax açıqlamasında bildirib.

Qeyd edək ki, MOK iyun sessiyasında maliyyə pozuntuları və idarəetmə problemlərinə görə, İBA-nı Olimpiya Hərəkatından məhrum edib. Boks üzrə Olimpiya turniri MOK-un təşkilatçılığı ilə keçiriləcək.

İdman.biz